​Bakı-Quba yolunda ölümlə nəticələnən qəza baş verib

​Bakı-Quba yolunda ölümlə nəticələnən qəza baş verib “Fiat” markalı minik avtomobili “Ford” markalı yük maşını ilə toqquşub
Hadisə
17 Oktyabr , 2015 19:53
​Bakı-Quba yolunda ölümlə nəticələnən qəza baş verib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakı-Quba yolunun 40-cı km-də yol-nəqliyyat qəza hadisəsi baş verib.

“Report” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, qurumun müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, “Fiat” markalı minik avtomobili “Ford” markalı yük avtomobili ilə toqquşub. Nəticədə “Fiat” markalı minik avtomobilində olan sərnişin hadisə yerində vəfat edib. Şəxsiyyəti məlum olmayan sərnişinin cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:05-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi