Bakı-Quba yolunda baş verən qəzada 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakı-Quba yolunda baş verən qəzada 5 nəfər xəsarət alıb - YENİLƏNİB Sumqayıt şəhərində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
4 noyabr 2019 17:33
Bakı-Quba yolunda baş verən qəzada 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Sumqayıt şəhərində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə zamanı Quba rayon sakinləri - 1984-cü il təvəllüdlü Məmmədov Bəxtiyar Fazil oğlu, 1995-ci il təvəllüdlü Vəliyeva Xəyalə Vasil qızı, Vəliyev Rafael Nemət oğlu, 1964-cü il təvəllüdlü Vəliyeva Hüriyyə Şıxbaba qızı və 2013-cü il təvəllüdlü Əmrahov Nihad Xəyal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

İlkin tibbi yardım göstərilən yaralılar ambulator müalicəyə buraxılıb.


*** 19:11

Sumqayı şəhərində ağır yol-nqəliyyta hadisəsi baş verib. 

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunda qeydə alınıb. 

Belə ki, magistrada iki avtomobilin toqquşması zamanı bir neçə nəfərin xəsarət aldığı bildirlir. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi