Bakı-Quba yolunda avtomobil 24 yaşlı gənci vurub

Bakı-Quba yolunda avtomobil 24 yaşlı gənci vurub Bakı. 25 iyul. REPORT.AZ/ Bakı-Quba yolunda 24 yaşlı gənci avtomobil vurub.
Hadisə
25 İyul , 2018 20:00
Bakı-Quba yolunda avtomobil 24 yaşlı gənci vurub

Bakı. 25 iyul. REPORT.AZ/ Bakı-Quba yolunda 24 yaşlı gənci avtomobil vurub.

"Report"un yerli bürosunun verdiyi məlumata görə , hadisə magistral yolun Abşeron rayonunun Saray qəsəbəsinə düşən hissədə baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1994-cü il təvəllüdlü Məmmədli Rövşən Ramiz oğlu Saray qəsəbəsində "Pəhləvanların" obyekti deyilən ərazidə yolu keçərkən qarşı tərəfdən sürətlə gələn avtomobil ilə vurulub. Gənc zərbənin gücündən xeyli aralı düşüb.

Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılan gəncin vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi