Bakı. 3 mart. REPORT.AZ/ Bakı-Quba yolunun 11-ci km-də piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, yolun Binəqədi rayonu ərazisinə düşən hissəsində 1952-ci il təvəllüdlü Novruzov Yusif Eyyub oğlu yol kənarında huşsuz vəziyyətdə aşkar edilib.
O, təcili tibbi yardım maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırması zamanı həmin şəxsin avtomobil tərəfindən vurulduğu müəyyən edilib. Hadisəni törədən sürücünün axtarışına başlanılıb.