Bakı-Quba yolunda ağır qəza, xəsarət alan var

Bakı-Quba yolunda ağır qəza, xəsarət alan var Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 30-cu km-də bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 Oktyabr , 2020 22:02
Bakı-Quba yolunda ağır qəza, xəsarət alan var

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 30-cu km-də bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Reportxəbər verir ki, “KamAZmarkalı yük avtomobili əks istiqamətə çıxaraq “Mercedes Gelandewagen” markalı avtomobillə toqquşub.

Qəzada “Mercedes Gelandewagen” markalı nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi