Bakı-Quba yolunda ağır qəza olub, ölən və yaralananlar var - VİDEO - YENİLƏNİB

Bakı-Quba yolunda ağır qəza olub, ölən və yaralananlar var - VİDEO - YENİLƏNİB Hadisə magistral yolun Abşeron rayonundan keçən hissəsində baş verib
Hadisə
24 Fevral , 2018 18:40
Bakı-Quba yolunda ağır qəza olub, ölən və yaralananlar var - VİDEO - YENİLƏNİB

Abşeron. 24 fevral. REPORT.AZ/ Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, qəza nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü İlham Mehdizadə ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb. Hadisə zamanı iki nəfər "Ford" markalı sərnişin mikroavtobusunun sürcüsü Heydə Cəbrayılov və onun sərnişini, Kifayət Məmməddova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. 


***18:21

Abşeron. 24 fevral. REPORT.AZ/ Bakı-Quba yolunda ağır qəza olub.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Abşeron rayonundan keçən hissəsində baş verib.

"Ford" markalı sərnişin avtobusu ilə "Mercedes" toqquşub. Nəticədə minik avtomobili yoldan çıxaraq aşıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Qəza zamanı ölən və yaralananların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi