Bakı-Qazax yolunda yük və minik maşınları toqquşub, 3 yaralı var

Bakı-Qazax yolunda yük və minik maşınları toqquşub, 3 yaralı var Kürdəmir. 4 iyul. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən hissəsində qəza baş verib.
Hadisə
4 İyul , 2018 02:14
Bakı-Qazax yolunda yük və minik maşınları toqquşub, 3 yaralı var

Kürdəmir. 4 iyul. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən hissəsində qəza baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, "20-DA-763" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobili ilə "99-HA-781" dövlət qeydiyyat nişanlı yük maşını toqquşub.

Nəticədə 3 nəfər - 1997-ci il təvəllüdlü Gəncə şəhər sakini Məmmədov Ruslan Kamran oğlu, Samux rayon sakinləri - 1982-ci il təvəllüdlü Qasımov Hüseyn Zülfiqar oğlu və 1991-ci il təvəllüdlü Qasımova Nuray Firdovsi qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi