Bakı-Qazax yolunda yük maşını minik maşını ilə toqquşub, 3 nəfər yaralanıb - FOTO

Bakı-Qazax yolunda yük maşını minik maşını ilə toqquşub, 3 nəfər yaralanıb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
28 İyul , 2017 11:46
Bakı-Qazax yolunda yük maşını minik maşını ilə toqquşub, 3 nəfər yaralanıb - FOTO
Report.az

Goranboy. 28 iyul. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda pendir daşıyan yük maşını minik maşını ilə toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında, Bakı-Qazax magistralının Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib. Dövlət nömrə nişanı 09-AC-344 olan "Hundai" markalı yük maşını sürətlə hərəkətdə olan zaman "Mercedes" markalı minik avtomobilə ilə toqquşub. Nəticədə içərisində 3 sərnişin olan "Mercedes" zərbənin gücündən yoldan çıxaraq aşıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə zamanı "Mercedes" markalı avtomobildə olan 3 sərnişin xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi