Bakı-Qazax yolunda minik və yük maşınları toqquşub

Bakı-Qazax yolunda minik və yük maşınları toqquşub Hadisə nəticəsində iki nəfər xəsarət alıb
Hadisə
21 Sentyabr , 2018 08:38
Bakı-Qazax yolunda minik və yük maşınları toqquşub

Goranboy. 21 sentyabr. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda “Hundai” markalı minik avtomobili ilə "KamAZ" toqquşub.

"Report”un Şirvan bürosu xəbər verir ki, Goranboy rayonunun Goran qəsəbəsi yaxınlığında baş vermiş qəza nəticəsində 1968-ci il təvəllüdlü İmişli rayon sakini Sarıyev Azər Qara oğlu və 1978-ci il təvəllüdlü Saatlı rayon sakini Novruzov Niyazi Nizami oğlu yaralanaraq xəstəxanaya yerləşdirilib. Yaralılardan sonuncunun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi