Bakı-Qazax avtomobil yolunda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, magistral yolun Goranboy rayon ərazisindən keçən hissəsində "Mercedes" markalı avtomobilin vuraraq öldürdüyü şəxs, Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü Vüsalə Quliyevadır.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (yol-nəqliyyat hadisəsi zamanı zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, magistral yolun Goranboy rayon Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən qadın piyadanı vurub.
Qəza nəticəsində xəsarət alan piyada dünyasını dəyişib.
Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.