Bakı-Qazax yolunda avtomobil aşıb, bir qadın xəsarət alıb

Bakı-Qazax yolunda avtomobil aşıb, bir qadın xəsarət alıb Kürdəmir rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
8 Sentyabr , 2019 08:41
Bakı-Qazax yolunda avtomobil aşıb, bir qadın xəsarət alıb

Kürdəmir rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ravon Nexia" markalı "90-PJ-481" dövlət qeydiyyat nişanlı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində avtomobildə olan 1999-cu il təvəllüdlü İbrahimova Aylin Faiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi