Bakı-Qazax magistralında yol qəzası baş verib, xəsarət alanlar var

Bakı-Qazax magistralında yol qəzası baş verib, xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Mart , 2018 16:59
Bakı-Qazax magistralında yol qəzası baş verib, xəsarət alanlar var

Yevlax. 10 mart. REPORT.AZ/ Yevlax rayonunda yol qəzası qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində hər iki sürücü yüngül xəsarət alaraq ambulator müalicə olunub. Sərnişinlərdən biri, Yevlax şəhər sakini 1972-ci il təvəllüdlü Simayə Əliyevanın aldığı xəsarət ağır olduğundan o, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi