Göygöl rayonunda yük maşını yanıb - VİDEO - ƏLAVƏ OLUNUB

Göygöl rayonunda yük maşını yanıb - VİDEO - ƏLAVƏ OLUNUB Video əlavə olunub.
Hadisə
18 Avqust , 2019 16:25
Göygöl rayonunda yük maşını yanıb - VİDEO - ƏLAVƏ OLUNUB
Foto: "Report"

Video əlavə olunub. 


***15:35

Bakı-Qazax avtomobil yolunda yük maşını yanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə magistral yolun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, 1988-ci il təvəllüdlü Vüsal Həşimovun idarə etdiyi "MAZ" markalı ot daşıyan yük maşını hərəkətdə olan zaman alışıb. Sürücü hadisə zamanı xəsarət almasa da yük maşını yük yerində olan otla bərabər yanıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi