Qatı duman Bakı-Qazax magistralında hərəkəti məhdudlaşdırıb - FOTO

Qatı duman Bakı-Qazax magistralında hərəkəti məhdudlaşdırıb - FOTO Yolu görmək mümkün olmadığından sürücülər çətin anlara yaşayıb
Hadisə
17 Fevral , 2016 03:47
Qatı duman Bakı-Qazax magistralında hərəkəti məhdudlaşdırıb - FOTO

Bakı. 17 fevral. REPORT.AZ/ Bakı-Qazax magistral yolunda avtomobillərin hərəkəti çətinləşib. "Report"un məlumatına görə, avtomagistralın Tovuz rayonu ərazisindən keçən hissəsində qatı duman səbəi ilə avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Tovuz rayonunun Alakol, İbrahimhacılı, Yuxarı Öysüzlü, Əlibəyli kəndlərindən rayon mərkəzi istiqamətində hərəkətdə olan sürcülər qatı duman səbəbi ilə hərəkəti dayandırıb və sözügedən yollarda tıxaclar əmələ gəlib.
Rayon mərkəzində işıqforların  duman səbəbi ilə görünmədiyindən qəza şəriti və təhlükəli vəziyyət yaranıb.
Gecə saatlarında Türkiyəyə keçmək üçün Bakı-Qazax avtomagistralı ilə "Sınıq Körpü" buraxılış məntəqəsi istiqamətində hərəkət etməli olan sürücü Ali Erden qatı duman səbəbi ilə yanlış istiqamətdə hərəkət edib. 

Son xəbərlər

Orphus sistemi