Bakı polisi Ukrayna vətəndaşını tutub

Bakı polisi Ukrayna vətəndaşını tutub Faktla bağlı araşdırma aparılır
Hadisə
18 Noyabr , 2014 12:50
Bakı polisi Ukrayna vətəndaşını tutub
Bakı. 18 noyabr. REPORT.AZ/ Bakıda Ukrayna vətəndaşı tutulub. Bu barədə “Report”a Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, BŞBPİ-nin Təhlükəsiz Şəhər, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Azadlıq prospektində yerləşən ticarət mərkəzində, Bakı şəhər sakini Leyla Mehdiyevanın içərisində 50 manat, şəxsiyyət vəsiqəsi və bankomat kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Ukrayna vətəndaşı, 1975-ci il təvəllüdlü Olqa Kavalenko tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi