Bakı polisi məktəblilərə yol hərəkəti qaydaları ilə bağlı təlim keçib

Hadisə
  • 18 oktyabr, 2022
  • 12:46
Bakı polisi məktəblilərə yol hərəkəti qaydaları ilə bağlı təlim keçib

Bakının Sabunçu rayonu ərazisində yerləşən 178 saylı tam orta məktəbdə şagirdlərlə yol hərəkəti qaydalarına həsr olunmuş tədbir keçirilib.

Bu barədə “Report”a Bakı Şəhər Dövlət Yol Polis (DYP) İdarəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Bakı DYP-nin baş inspektoru polis mayoru Araz Əsgərli, İdarənin inspektoru polis leytenantı Rüstəm Əhmədli, Sabunçu rayonu Dövlət Yol Polis İdarəsinin inspektoru polis kapitanı Yaqub Piriyev və Sabunçu rayonu Dövlət Yol Patrul Xidmətinin əməkdaşları iştirak ediblər.

Məqsəd uşaqlara yol hərəkəti qaydalarını aşılamaq, onları yollardakı təhlükələrdən qorumaqdır. Bu, eyni zamanda Daxili İşlər Nazirliyinin “Diqqət, uşaqlar!” aylığı çərçivəsində keçirilən tədbirlərin bir hissəsidir.

“Pedoqoji kollektivlərdən də xahiş edirik ki, bu cür tədbirlərdə yol hərəkəti təhlükəsizlik qaydalarına aid olan bütün məsələlərdə bunun həyati əhəmiyyətliliyini, xüsusilə də azyaşlı, yeniyetmə uşaqlar arasında təbliğatın son dərəcədə əhəmiyyətli olduğu nəzərə alınsın”, - məlumatda qeyd edilib.

Bakı polisi məktəblilərə yol hərəkəti qaydaları ilə bağlı təlim keçib

Son xəbərlər

Bütün Xəbər Lenti