​Bakı polisi itkin düşmüş dörd qadın və bir kişini tapıb

​Bakı polisi itkin düşmüş dörd qadın və bir kişini tapıb Məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti yayıb
Hadisə
12 Noyabr , 2014 12:24
​Bakı polisi itkin düşmüş dörd qadın və bir kişini tapıb
Bakı. 12 noyabr. REPORT.AZ/ Bakı polisi itkin düşmüş beş nəfəri tapıb. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Onların dördü qadın, bir nəfəri isə kişidir.

Məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, itkin düşmüş Fərid Abbasov, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, Günay Abdullayeva, Esmira Əliyeva, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, itkin düşmüş Şəlalə Quluzadə və Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, itkin düşmüş Samirə Gənciyeva evə qayıdıblar.

Son xəbərlər

Orphus sistemi