Bakı polisi: Gülnarə Rəhimovanın təzyiqə məruz qalması ilə bağlı iddiaları əsassızdır

Bakı polisi: Gülnarə Rəhimovanın təzyiqə məruz qalması ilə bağlı iddiaları əsassızdır “Gülnarə Rəhimovanın Nizami Rayon Polis İdarəsində təzyiqə məruz qalması ilə bağlı iddiaları əsassızdır, həqiqəti əks etdirmir”.
Hadisə
1 İyun , 2020 12:50
Bakı polisi: Gülnarə Rəhimovanın təzyiqə məruz qalması ilə bağlı iddiaları əsassızdır
Bakı Şəhər Baş Polis İdarəsi / Report

“Gülnarə Rəhimovanın Nizami Rayon Polis İdarəsində təzyiqə məruz qalması ilə bağlı iddiaları əsassızdır, həqiqəti əks etdirmir”.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsnin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə. G.Rəhimova polis idarəsinə barəsində olan şikayətlə əlaqədar dəvət olunaraq izahatı alınıb.

E.Hacıyev deyib ki, onun polisə orqanına hansı səbəbdən dəvət oluması ilə bağlı G.Rəhimova tam məlumatlıdır:

“Onun iddiaları araşdırmanın istiqamətini dəyişdirmək üçün ictimai diqqəti üzərinə yönəltmə cəhdləridir. Onun barəsində toplanan materiallar rayon prokurorluğuna göndərilib”.

Son xəbərlər

Orphus sistemi