Bakı Poladtökmə Zavodunun ərazisindəki yanğın söndürülüb - YENİLƏNİB

Bakı Poladtökmə Zavodunun ərazisindəki yanğın söndürülüb - YENİLƏNİB Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir
Hadisə
4 İyun , 2018 15:25
Bakı Poladtökmə Zavodunun ərazisindəki yanğın söndürülüb - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 4 iyun. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonunda Bakı Poladəritmə Zavodunun ərazisində yanğın söndürülüb. 

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İlkin məlumata görə, təxminən, 200 m² ərazidə istifadəyə yararsız avtomobil şinləri yanıb. 

Əlavə məlumat veriləcək.


*** 15:06

Bakı şəhəri, Binəqədi rayonunda Bakı Poladtökmə Zavodunun ərazisində istifadəyə yararsız avtomobil şinləri yanır.

Bu bardədə “Report”a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

Yanğınla əlaqədar ətrafı qara tüstü bürüyüb.

Qeyd edək ki, dünən Binəqədi rayonunda Ağac Emalı Zavodunun ərazisində (hazırda fəaliyyət göstərmir) işlənmiş avtomobil şinləri yanmışdı.

Son xəbərlər

Orphus sistemi