Bakı Nəqliyyat Agentliyi: Paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti çətinləşib - FOTO

Bakı Nəqliyyat Agentliyi: Paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti çətinləşib - FOTO Bir sıra ərazilərdə sıxlıq müşahidə edilir
Hadisə
28 Yanvar , 2017 20:16
Bakı Nəqliyyat Agentliyi: Paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti çətinləşib - FOTO

Bakı. 28 yanvar. REPORT.AZ/ Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar olaraq, əsas küçə və prospektlərdə, o cümlədən “Tbilisi” (20 Yanvar dairəsi istiqamətində), “Ziya Bünyadov” (hər iki istiqamətdə), “Mətbuat” (hər iki istiqamətdə), “Azadlıq” (hər iki istiqamətdə) prospektlərində eləcə də, A.Bakıxanov, A.M.Şərifzadə, Səməd Vurğun küçələrində və Badamdar şosesində nəqliyyatın hərəkəti çətinləşib və tıxac müşahidə edilir. 

Bakı Nəqliyyat Agentliyindən "Report"a verilən məlumata görə, Binəqədi şosesi, Təbriz, Koroğlu Rəhimov küçələri, Mikayıl Useynov prospektində isə nəqliyyat vasitələrinin hərəkətində nisbətən sıxlıq müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyi axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, sürücülərdən sürət həddinə əməl etmələrini xahiş edir.

Son xəbərlər

Orphus sistemi