Bakı Nəqliyyat Agentliyi avtobus qəzası ilə bağlı məlumat yayıb

Bakı Nəqliyyat Agentliyi avtobus qəzası ilə bağlı məlumat yayıb Bakı. 22 yanvar. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) Binəqədi rayonunda baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb.
Hadisə
22 Yanvar , 2018 15:57
Bakı Nəqliyyat Agentliyi avtobus qəzası ilə bağlı məlumat yayıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) Binəqədi rayonunda baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb.

“Report”un xəbərinə görə, Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev bildirib ki, yanvarın 22-də 71 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 BS 743 DQN) sərnişin avtobusu VAZ 2107 markalı minik avtomobili ilə toqquşub: "İlkin məlumata görə, qəza VAZ 2107 markalı minik avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq avtobusun qarşısında təhlükəli manevrlər etməsi səbəbindən baş verib. Hadisənin əsl səbəbi isə müvafiq qurumların araşdırmasından sonra məlum olacaq. Məlumat üçün bildirək ki, hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.

Bəzi informasiya saytlarında qəzaya uğramış avtobusun BNA-ya məxsus olması ilə bağlı fikirlərə aydınlıq gətirərək bildirmək istəyirik ki, müntəzəm marşrut xətləri üzrə hərəkət edən bütün sərnişin avtobusları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə məxsusdur. Onu da qeyd edək ki, 71 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətinin yerinə yetirilməsi daşıyıcı Bağırov Hikmət Mirzə oğlu tərəfindən həyata keçirilir".

Son xəbərlər

Orphus sistemi