Bakıda 2 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Bakıda 2 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb Faktla bağlı saxıanılan şəxs barəsində cinayət işi başlanılıb
Hadisə
10 Dekabr , 2014 12:02
Bakıda 2 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakının Nəsimi rayonunda 2 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb. Nəsimi rayon Polis İdarəsindən (RPİ) "Report"a verilən məlumata görə, keçirilən əməliyyat zamanı 1981-ci il təvəllüdlü Nuriyev Vahid Əlixan oğlu saxlanılıb. O, narkotik vasitə olan marixuananı şəxsi istifadəsi üçün əslən Zaqatala rayonundan olan Əli adlı şəxsdən 500 manata alıb. Taksi sürücüsü olan V.Nuriyev ifadəsi zamanı iki ilə yaxındır ki, narkotik vasitələr aludəçisi olduğunu bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi