​Bakı metrosunda sərnişinin halı pisləşib

​Bakı metrosunda sərnişinin halı pisləşib Həkimlərin müdaxiləsindən sonra onun vəziyyəti sabitləşib
Hadisə
22 Oktyabr , 2015 09:51
​Bakı metrosunda sərnişinin halı pisləşib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı Metropoliteninin "Nizami" metro stansiyasının platformasında sərnişinlərdən birinin vəziyyəti pisləşib. Bu haqda "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb: "Bu gün səhər saat 08:15 radələrində "Nizami" metro stansiyasının platformasında təxminən 40 yaşında olan kişi özünü pis hiss edib. Əməkdaşlarımız çevik davranaraq, dərhal təcili tibbi yardım xidmətinə xəbər veriblər. Artıq sərnişinin vəziyyəti normaldır". 

Son xəbərlər

Orphus sistemi