Bakı metrosunda sərnişin qatar yoluna yıxılıb, qatarların hərəkəti dayanıb - YENİLƏNİB
Hadisə
- 15 iyul, 2021
- 16:00
Bakı metrosunun "Ulduz" stansiyasında qatar yoluna düşən şəxsin 22 yaşlı Həsənov Şahlar olduğu müəyyənləşib.
Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətindən bildirilib.
İlkin məlumata görə, o özünü pis hiss edib və bu səbəbdən qatar yoluna yıxılıb.
19:30
Bakı metrosunun "Ulduz" stansiyasında sərnişinlərdən biri stansiya yoluna düşüb.
Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bu səbəbdən qatarların hərəkəti dayanıb və sərnişinlər təxliyə olunub: "Hadisə saat 19:05-də baş verib. Orta yaşlı bir kişi qatar yoluna düşüb. Bu zaman stansiyaya qatar yaxınlaşırmış. Onu dayandırıb, xətlərdən gərginlik çıxarılıb və sərnişin sağ-salamat çıxarılıb".
Son xəbərlər
18:53
Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəsinə qaytarılıb
Hadisə18:42
Türkiyədə nişana gedən mikroavtobus aşıb, 7 nəfər ölüb
Region18:37
İran iki fransalı diplomatı qanunsuz fəaliyyətdə ittiham edib
Digər ölkələr18:25
"Araz-Naxçıvan" rəhbərliyi mühüm qərarlar qəbul edib
Futbol18:14
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub - YENİLƏNİB
Fərdi18:10
İran Qətərdə qırıcıların qəzaya uğramasından sonra üç pilotun ələ keçirildiyini açıqlayıb
Region18:01
Dünya Qadın Seriyası: "Neftçi SOCAR" 1/4 finala vəsiqə qazanıb
Komanda17:49
İspaniya və Mərakeş gözlənilən yeni miqrant axını fonunda sərhəd mühafizəsini gücləndirib
Digər ölkələr17:19