Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb

Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb Bakı metrosunda cibgirliklə məşğul olan şəxs tutulub.
Hadisə
26 Oktyabr , 2021 12:35
Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı metrosunda cibgirliklə məşğul olan şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da metronun Nəriman Nərimanov stansiyasında qatarda Bakı şəhər sakini N.Zeynalovanın cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi