Yuxarı

​Bakıda liftdə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Hadisə yerinə FHN-in xilasetmə qüvvələri cəlb edilib

Bakı. 8 yanvar. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Report" nazirliyə istinadən xəbər verir ki, qurumun müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Xilasedicilər liftin qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi