Bakı-Lənkəran sərnişin avtobusu qəzaya düşüb, yaralananlar var - FOTO

Bakı-Lənkəran sərnişin avtobusu qəzaya düşüb, yaralananlar var - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
30 İyun , 2016 17:51
Bakı-Lənkəran sərnişin avtobusu qəzaya düşüb, yaralananlar var - FOTO

Salyan. 30 iyun. REPORT. AZ / Bakı - Lənkəran sərnişin avtobusu qəzaya düşüb. 

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, Bakı şəhər sakini Şahpələng Qasımov idarə etdiyi “Mercedes” markalı sərnişin avtobusu ilə Bakı istiqamətində hərəkətdə olarkən Salyanın Qırxçıraq kənd sakini, 51 yaşlı Fərhad Fazil oğlu Məmmədovun idarə etdiyi “Vaz-21011” markalı avtomobili ilə toqquşub. Nəticədə avtobusun sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

“VAZ-21011” markalı avtomobil isə deformasiyaya uğrayıb, sürücü ağır bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi