"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib.
Xilasedicilər mənzilin giriş qapısını açaraq azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.
Digər hadisə Bakı şəhərində qeydə alınıb. Paytaxtın Nizami rayonunda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.