Bakı İstintaq Təcridxanasında uşaq dünyaya gətirən qadın məhkəməyə müraciət edib

Bakı İstintaq Təcridxanasında uşaq dünyaya gətirən qadın məhkəməyə müraciət edib İşə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq
Hadisə
26 Avqust , 2017 09:59
Bakı İstintaq Təcridxanasında uşaq dünyaya gətirən qadın məhkəməyə müraciət edib

Bakı. 26 avqust. REPORT.AZ/ Bakıda oğurluqda təqsirləndirilən Xalidə Bəkirova, Gülşən Bəkirova və Zoya Nadirova barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 31-nə təyin edilib.

İşə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hər üç qadın ötən il Bakıda mənzillərdən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinərək Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, onlar Nərimanov rayon ərazisində bir mənzildən 12 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Z.Nadirova, X.Bəkirova və G.Bəkirova Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə ittiham olunublar. Z.Nadirova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Məhkəmənin hazırlıq iclasında məlum olub ki, X.Bəkirova Bakı İstintaq Təcridxanasında uşaq dünyaya gətirib. Həmin körpəni məhkəmə keçirilən zala Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları gətirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Bəkirova 8 il 6 ay, G.Bəkirova 8 il müddətinə azadlıqdan məhrum edilib. Z.Nadirova isə 3 min manat məbləğində cərimə olunub.

Son xəbərlər

Orphus sistemi