Yuxarı

Bakı Hava Limanının əməkdaşı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Faktla bağlı araşdırma aparılır

Bakı. 30 noyabr. REPORT.AZ/ Heydər Əliyev Beynəlxalq Aeroportunda bədbəxt hadisə baş verib.

"Report"un xəbərinə görə, aeroportun əməkdaşı 21 yaşlı Ağadadaşov Qalibbəy Mahmud oğlu sürətlə hərəkət edən zaman qapıdakı iri şüşəni görməyib nəticədə o, şüşəyə çırpılıb. Q.Ağadadaşov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Q.Ağadadaşovun dediyinə görə, hadisə vaxtı vətəndaşlardan birinə məxsus pasporta baxa-baxa sürətlə hərəkət edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi