Bakıda evinin həyətindən küçəyə çıxmaq istəyən şəxsi avtomobil vurub

Bakıda evinin həyətindən küçəyə çıxmaq istəyən şəxsi avtomobil vurub Hadisə Sabunçu rayonunda qeydə alınıb
Hadisə
29 Noyabr , 2016 14:13
Bakıda evinin həyətindən küçəyə çıxmaq istəyən şəxsi avtomobil vurub

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakıda 45 yaşlı kişini vuran avtomobil ərazidən qaçıb. 

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

Belə ki, Nərimanov küçəsi ev 6-dan çölə çıxan 1971-ci il təvəllüdlü Yusifov Arzu Eyyub oğlunu naməlum avtomobil vurub və ərazidən uzaqlaşıb. Xəsarət alan A.Yusifov qonşuluqda yaşayan şəxslərin köməyi ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi