Bakı DYP vəzifəli şəxslərə və müğənnilərə "hörmətlə yanaşılmasına" münasibət bildirib

Bakı DYP vəzifəli şəxslərə və müğənnilərə "hörmətlə yanaşılmasına" münasibət bildirib Paytaxtda ilin əvvəlindən bu günə 7 minə yaxın sərxoş sürücü aşkar edilərək məsuliyyətə cəlb olunub
Hadisə
9 Dekabr , 2014 15:17
Bakı DYP vəzifəli şəxslərə və müğənnilərə hörmətlə yanaşılmasına münasibət bildirib

Paytaxtda ilin əvvəlindən bu günə 7 minə yaxın sərxoş sürücü aşkar edilərək məsuliyyətə cəlb olunub

Bakı. 9 dekabr. REPORT.AZ/ Bakı Şəhər Dövlət Yol Polis İdarəsi (BŞDYPİ) sükan arxasında qayda pozuntusuna yol verən bəzi vəzifəli şəxslərin, yaxud onların qohumlarının guya məsuliyyətə cəlb edilməməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

BŞDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov "Report"a açıqlamasında bildirib ki, sükan arxasında kimliyindən asılı olmayaraq qayda pozan və ya sərxoş sürücü aşkarlanırsa, birmənalı məsuliyyətə cəlb olunur: "Bakı şəhərində bu ilin əvvəlindən bu günə 7 minə yaxın sərxoş sürücü aşkar edilərək məsuliyyətə cəlb edilibsə, bu o deməkdir ki, hər hansı bir vəzifə sahibi olsa belə sərxoş vəziyyətdə sükan arxasında olması aşkarlanırsa,  məsuliyyətə cəlb olunur. Yəni bu gün hər hansı bir vəzifə sahibi olmasından asılı olmayaraq, sürücü qayda pozuntusuna yol verirsə, məsuliyyətə cəlb edilməlidir. Yol polisinin tanınmış şəxslərə, müğənnilərə, səhnə ustalarına "hörmətlə yanaşır" ifadəsini yaxşı əlamət kimi qəbul edirəm. Əslində, yol polisi nəinki tanınan şəxslərə, nəinki sənətçilərə, bütövlükdə hər kəsə humanistcəsinə yanaşır, hər kəsə bilik və bacarığından istifadə edərək yardım etməyə çalışır. Eyni zamanda təhlükəsizliyi təmin etmək istiqamətində səlahiyyəti çərçivəsində müəyyən tədbirləri həyata keçirməyə məcburdur ki, bu da sonda hər hansı bir cərimənin ödənilməsi deməkdir. Cəriməni ödəməyən vətəndaş tərəfindən bəhanələr də irəli sürülür. Bu bəhanələr isə vətəndaşları məsuliyyətdən azad edə bilməz. Sükan arxasında kimliyindən asılı olmayaraq, sürücü yol hərəkəti qaydasını pozursa, məsuliyyətə cəlb edilməlidir. İnzibati xəta törədən hər bir hərəkət iştirakçısı dilindən, dinindən, irqindən, mövqeyindən, mənsubiyyətindən, vəzifəsindən asılı olmayaraq, məsuliyyətə cəlb olunmalıdır. Bu gün Dövlət Yol Polisi əməkdaşları kimliyindən asılı olmayaraq, törədilən xətalara görə həmin vətəndaşları məsuliyyətə cəlb edir".

Son xəbərlər

Orphus sistemi