Bakı bulvarında daş üzlüklər yararsız vəziyyətə düşüb

Bakı bulvarında daş üzlüklər yararsız vəziyyətə düşüb Dənizkənarı Milli Parkın ərazisində bir neçə nöqtədə yerdəki daş üzlüklər yararsız vəziyyətə düşüb.
Hadisə
15 Avqust , 2022 16:42
Bakı bulvarında daş üzlüklər yararsız vəziyyətə düşüb

Dənizkənarı Milli Parkın ərazisində bir neçə nöqtədə yerdəki daş üzlüklər yararsız vəziyyətə düşüb.

"Report" xəbər verir ki, bu, bulvarda insanların gediş-gəlişində müəyyən çətinliklər yaradır.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Könül İmamverdiyeva “Report”a bildirib ki, bulvarda daş üzlüklər yararsız vəziyyətə düşdükdə yenisi ilə əvəzlənir

Onun sözlərinə görə, ərazidə mütəmadi olaraq təmir-tikinti və bərpa işləri aparılır:

“Döşəmələrin qırılan hissələrində mütləq şəkildə təmir işləri aparılır. Bu işlər mütəmadi olaraq görülür. Bulvar idarəsi belə halları mütləq şəkildə nəzarətdə saxlayır”.

Son xəbərlər

Orphus sistemi