Bakı, Beyləqan və Şəmkir sakinlərində silah-sursat aşkarlandı

Bakı, Beyləqan və Şəmkir sakinlərində silah-sursat aşkarlandı Bakı, Beyləqan və Şəmkir rayon sakinlərindən silah-sursat götürülüb
Hadisə
8 Fevral , 2021 13:22
Bakı, Beyləqan və Şəmkir sakinlərində silah-sursat aşkarlandı

Bakı, Beyləqan və Şəmkir rayon sakinlərindən silah-sursat götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Salyan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini A.Mustafayevdən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa, Beyləqan RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Əhmədli kənd sakini Q.Süleymanovdan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Həmçinin Şəmkir RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Zəyəm-Cırdaxan kəndi ərazisində kənd sakini M.Zeynalova məxsus fermadan müvafiq sənədləri olmayan “İJ-43” markalı ov tüfəngi, 10 ədəd giliz və 5 ədəd patron aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi