Yuxarı
    Bağlamaq

    Güclü qar səbəbindən Bakı-Balakən qatarı Qaxda dayandırılıb, sərnişinlər avtobuslarla yola salınıb

    Nadir Əzməmmədov: Hazırda dəmiryol qardan təmizlənir ki, qatar baş yola çıxa bilsin

    Bakı. 2 yanvar. REPORT.AZ/ Bakıda və rayonlarda müşahidə olunan qarlı-çovğunlu hava şəraiti ilə əlaqədar Bakı-Ballakən qatarı Qax rayonunun ərazsində dayandırılıb.

    "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov "Report"a açıqlamasında deyib ki, dəmiryolunun qardan təmizlənməsi üçün əraziyə texnika cəlb olunub.

    O qeyd edib ki, əraziyə qartəmizləyən maşın, əlavə texnika göndərilib: "Bir hadisə baş verməsin deyə, qatarın hərəkətini özümüz dayandırmışıq. Əraziyə texnika göndərmişik. Hazırda dəmiryol qardan təmizlənir ki, qatar baş yola çıxa bilsin. Hərəkətin bərpası qarın təmizlənməsindən asılıdır. Dəqiq vaxt demək mümkün deyil. Amma güman ki, bu gün ərzində hərəkəti bərpa edəcəyik". 

    O bildirib ki, hərəkəti dayandırılan qatardakı sərnişinlər digər nəqliyyat vasityələri ilə yola salınıb. "Qax Rayon İcra Hakimiyyətinə müraciət etdik ki, sərnişinlər gözləməsin deyə, avtobuslarla onların daşınması həyata keçirilsin. Sərnişinlər avtobuslarla yola salınıb".

    N.Əzməmmədov deyib ki, hələlik digər istiqamətlərdə heç bir problem yoxdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi