Yuxarı

Qaxda dayandırılan Bakı-Balakən qatarının hərəkəti bərpa olunub - FOTO

200 sərnişin avtobuslarla Qax, Zaqatala və Balakən rayonlarına yola salınıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Respublikanın şimal-qərb bölgəsində dekabrın 31-dən etibarən intensiv olaraq yağan qar bir sıra problemlərlə bərabər dəmir yollarında da gediş gəlişdə məhdudiyyətlər yaradıb.

Belə ki, bugün səhər saatlarında Bakı-Balakən istiqamətində hərəkət edən qatar, Qax rayonun girəcəyindəki Kötüklü dəmir yol stansiyasında qalıb. Güclü qar səbəbindən dayandırılan qatarının hərəkəti 9 saatdan sonra bərpa olunub.

Qax rayon rəhbərliyi, qatarın yolda qalması məlumatını aldıqdan sonra təcili olaraq lazımi tədbirlər görüb. Belə ki,soyuq hava şəraitində sərnişinlərin yolda qalmaması üçün 3 avtobus ayrılıb. Həmin avtobuslar ilə təqribən 200 sərnişin Qax, Zaqatala və Balakən rayonlarına yola salınıb.

Daha sonra isə Qax rayon dəmir yolu stansiyasında qalan qatarın Zaqatala dayanacağına yola salınması üçün texnika və canlı qüvvələr səfərbər olaraq relslər qar və ağac parçalarından təmizlənib. Qax satansiyasının rəisi Vahid Aslanovun "Report"-a bildirib ki, belə hal ilk dəfədir ki yaşanır.

Axşam saat 17.00 radələrində qatar son dəmir yol dayanacağı olan Balakən rayonuna yola salınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi