Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təqaüdə göndərilib

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təqaüdə göndərilib Bakı. 30 may. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Tamila Nəsrullayeva təqaüdə göndərilib.
Hadisə
30 May , 2018 11:14
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Tamila Nəsrullayeva təqaüdə göndərilib.

"Report"un xəbərinə görə, 65 yaşlı hakim bu gün icraatında olan sonuncu cinayət işinə baxıb.

1953-cü ildə anadan olan T.Nəsrullayeva 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışırdı. O, daha əvvəl Bakı Şəhəri Kirov (indi Binəqədi) Rayon Məhkəməsinin sədri (1987 - 2000), Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri (2000 - 2007) və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin (2007 - 2011) hakimi olub.

Son xəbərlər

Orphus sistemi