Bakı aeroportunda qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb

Bakı aeroportunda qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb Faktla bağlı araşdırma aparılır
Hadisə
11 Aprel , 2017 10:36
Bakı aeroportunda qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb

Bakı. 11 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları aksiz markasıyla markalanmayan tütün məmulatının gömrük sərhədindən bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə “Report”a DGK-dan məlumat verilib.

İdarəyə daxil olan əməliyyat məlumatı əsasında, Daşkənd-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Həmin şəxs Heydər Əliyev Beynəlxalq Hava Limanının dayanacağında Daşkənd-Bakı aviareysilə gələn digər sərnişinlərdən malları qəbul edərkən saxlanılıb.

Malların yoxlanılması zamanı vətəndaşa məxsus üç ədəd paketdə gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməyən, Azərbaycan aksiz markasıyla markalanmayan cəmi 3 800 ədəd "Kent Micro HD Taste System", "Kent HD Taste System" və "Kent Nanotek 2.0" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi