“Silk Way Technics” şirkətində faciəli şəkildə ölən şəxs baş mühasibin oğlu imiş

“Silk Way Technics” şirkətində faciəli şəkildə ölən şəxs baş mühasibin oğlu imiş Heydər Əliyev Beynəlxalq Hava Limanında faciəvi şəkildə ölən Prokofyev İqor Vladimiroviçin vəzifəli şəxsin oğlu olduğu məlum olub.
Hadisə
27 Sentyabr , 2022 09:23
“Silk Way Technics” şirkətində faciəli şəkildə ölən şəxs baş mühasibin oğlu imiş

“Silk Way Technics” şirkətində faciəvi şəkildə ölən Prokofyev İqor Vladimiroviçin vəzifəli şəxsin oğlu olduğu məlum olub.

"Report" xəbər verir ki, o, Milli Aviasiya Akademiyasının mühasibat şöbəsinin rəisi - baş mühasib Svetlana Prokofyevanın oğludur.

İqor Prokofyev “Silk Way Technics” şirkətində çalışırmış.

Qeyd edək ki, sentyabrın 22-də “Silk Way Technics” şirkətində kran aşıb. Hadisə nəticəsində paytaxt sakini Prokofyev İqor Vladimiroviç ölüb. Nuriyev Zaur Tofiq oğlu isə xəsarət alıb, o, ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi