"Bakı Abadlıq Xidməti"nə məxsus su nasosu və elektrik xəttləri oğurlanıb

"Bakı Abadlıq Xidməti"nə məxsus su nasosu və elektrik xəttləri oğurlanıb Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
13 Yanvar , 2017 16:20
Bakı Abadlıq Xidmətinə məxsus su nasosu və elektrik xəttləri oğurlanıb

Bakı. 13 yanvar. REPORT.AZ/ "Bakı Abadlıq Xidməti" MMC-yə məxsus su nasosu və elektrik xəttləri oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Yeni Suraxanı qəsəbəsi ərazisində baş verib.

Belə ki, Heydər Əliyev prospekti, "Buta Palace" Sarayının yaxınlığında "Bakı Abadlıq Xidməti" MMC-yə məxsus 3 200 manat dəyərində su nasosu və 464 manatlıq 290 metr mis elektrik naqili oğurlanıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi