Bakıda qadınlara qarşı cibgirlik edən şəxs saxlanılıb

Bakıda qadınlara qarşı cibgirlik edən şəxs saxlanılıb Bakı. 1 fevral. REPORT.AZ/ Bakıda qadına qarşı cibgirlik edən şəxs saxlanılıb.
Hadisə
1 Fevral , 2019 11:38
Bakıda qadınlara qarşı cibgirlik edən şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 1 fevral. REPORT.AZ/ Bakıda qadına qarşı cibgirlik edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə yanvarın 28-də və 29-da C.Naxçıvanski küçəsində Bakı şəhər sakini olan 3 qadının çantalarından və ciblərindən mobil telefonlarının oğurlanması barədə müraciətlər daxil olub.

Müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş H.Hüseynov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi