Bakı. 8 yanvar. REPORT.AZ/ Bu gün gecə saatlarından Bakıya qarın yağması səbəbindən paytaxt yollarında maşınların hərəkəti çətinləşib.
"Report" xəbər verir ki, Bakı-Sumqayıt yolunda hərəkət demək olar ki, dayanıb.
Yolun buz bağlaması səbəbindən böyük tıxac yaranıb. 20 Yanvar dairəsində də analoji vəziyyət müşahitdə olunmaqdadır.