Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, hadisə zamanı 1992-ci il təvəllüdlü Musayev Şükran Səyavuş oğlu naməlum şəraitdə bıçaqlanıb. Hadisə Şövkət Ələkbərova-2 ünvanında yerləşən 6 saylı orta məktəbin yaxınlığında baş verib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ş.Musayeva xəstəxananın reanimasiya şöbəsində olduğundan polislər hələlik onun izahatını ala bilməyiblər.
Faktla bağlı Səbail RPİ əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Cinayəti törədən şəxsin axtarışları davam etdirilir.