Məlumata görə, naməlum şəxslər Səngəçal qəsəbəsi ərazisində Namiq Mirağayevi döyərək, 570 manat pulunu, 2 ədəd mobil telefonunu və avtomobilinin açarlarını götürərək gediblər. Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Tural Talıblı, Səyyad Mirzəyev, Seymur Zalov və Ülkər Quliyeva tutulublar.
Faktla bağlı araşdırma aparılır.