Yuxarı

Bakıda məşhur marketlər şəbəkəsinin mağazalarından biri maskalılar tərəfindən qarət edilib

Kassadan aparılan pulun mağazanın bir günlük satış həcmi olduğu bildirilir

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakıda məşhur “Grandmart” marketlər şəbəkəsinin mağazalarından biri qarət edilib. “Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi xəbərə görə, Nizami rayonunun Bəhruz Nuriyev küçəsində yerləşən mağazadakı kassadan 65 min manat pul aparıblar.

Hadisə vaxtı mağazada gözətçi olmayıb.

Kamera görüntülərinə əsasən, qarətçilər maskalı olub.

Kassadan aparılan pulun mağazanın bir günlük satış həcmi olduğu bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi