Bakıda məşhur marketlər şəbəkəsinin mağazalarından biri maskalılar tərəfindən qarət edilib

Bakıda məşhur marketlər şəbəkəsinin mağazalarından biri maskalılar tərəfindən qarət edilib Kassadan aparılan pulun mağazanın bir günlük satış həcmi olduğu bildirilir
Hadisə
29 Oktyabr , 2014 09:18
Bakıda məşhur marketlər şəbəkəsinin mağazalarından biri maskalılar tərəfindən qarət edilib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakıda məşhur “Grandmart” marketlər şəbəkəsinin mağazalarından biri qarət edilib. “Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi xəbərə görə, Nizami rayonunun Bəhruz Nuriyev küçəsində yerləşən mağazadakı kassadan 65 min manat pul aparıblar.

Hadisə vaxtı mağazada gözətçi olmayıb.

Kamera görüntülərinə əsasən, qarətçilər maskalı olub.

Kassadan aparılan pulun mağazanın bir günlük satış həcmi olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi