Bacısını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bacısını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin edilib
Hadisə
14 Oktyabr , 2017 17:25
Bacısını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində bacısını qısqanclıq zəminində xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Pərviz Şahbazovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin edilib.

Qeyd edək ki, hadisə Sumqayıt şəhərində qeydə alınıb. Şəhərin “Saray bağları” ərazisində yaşayan 1992-ci il təvəllüdlü P.Şahbazov bacısı, 22 yaşlı Zümrüd Soltanovanı qısqanclıq zəminində bıçaqla qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsədən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunub.

P.Şahbazov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi