Bacısını öldürüb yandıran şəxs kassasiya şikayəti verib

Bacısını öldürüb yandıran şəxs kassasiya şikayəti verib Hacıqabulda bacısını amansızlıqla öldürməkdə təqsirli bilinən Namaz Hadıyev barəsindəki hökmdən kassasiya şikayəti verib.
Hadisə
14 İyun , 2019 09:56
Bacısını öldürüb yandıran şəxs kassasiya şikayəti verib

Hacıqabulda bacısını amansızlıqla öldürməkdə təqsirli bilinən Namaz Hadıyev barəsindəki hökmdən kassasiya şikayəti verib.

"Report"un xəbərinə görə, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrlik etdiyi kollegiyanın icraatına verilib. Baxış iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, hadisə ötən il iyulun 5-də Hacıqabul rayonunun Qızılburun kəndi ilə Atbulaq kəndi arasında olan ərazidə baş verib.  Mingəçevir şəhər sakini, 1997-ci il təvəllüdlü Namaz Hadıyev 1998-ci il təvəllüdlü bacısı Gövhər Hadıyevanı qətlə yetirib. Üzərində 38 bıçaq yarası olan meyit Bakı-Qazax magistralının kənarında yandırılmış halda aşkarlanıb. Qətl hadisəsi qısqanclıq zəminində baş verib. Qətlə yetirilən Gövhər Hadıyevanın bir müddət əvvəl Migəçevirdən Bakıya gələrək, bir daha geri qayıtmayıb. Qardaşı onun Bakıda yüngül əxlaqlı qadınlara qoşulması haqda məlumat alıb. N.Hadıyev bacısını axtarsa da, tapıb onu evə qaytara bilməyib. İyulun 4-də gizli nömrədən zəng edən bacısı qardaşına deyib ki, evdən qaçdığına görə çox peşmandır və bağışlanılmasını istəyib. G.Həsənova evə qayıtmağa pulunun olmadığını deyib. N.Hadıyev Bakıya gələrək Mingəçevirə qayıtmaq adı ilə taksi tutub. Hacıqabulda bacısı ilə maşından düşən N.Hadıyev taksini yola salıb. Daha sonra bacısına 38 bıçaq vurub və meyitin üzərinə kol-kos yığaraq yandırıb. Qətldən 2 gün sonra polisə müraciət edən N.Hadıyev törətdiyi əməli etiraf edərək, namus ləkəsini təmizləmək üçün cinayət törətdiyini bildirib. 

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Namaz Hadıyevi Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə təqsirli bilərək 18 il müddətinə azadlıqdan məhrum edib.

Şirvan Apelyasiya Məhkəməsi hökmdən verilən şikayəti təmin etməyib. 

Son xəbərlər

Orphus sistemi