Babək prospektində gənc oğlanı avtomobil vurub

Babək prospektində gənc oğlanı avtomobil vurub Yaralı hadisə törədən sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib
Hadisə
13 İyun , 2018 05:56
Babək prospektində gənc oğlanı avtomobil vurub

Bakı. 13 iyun. REPORT.AZ/ Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır xəsarət alıb.

"Report" xəbər verir ki, 1996-cı il təvəllüdlü Əhmədov İsmayıl Qurbanəli oğlu prospektin qaranlıq və təmirdə olan hissəsində piyada zolağı olmayan yerdən keçən zaman onu minik avtomobili vurub.

Yaralı hadisəni törədən sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinə məlumat verilib. Sürücü məsuliyyətə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi