Babasını və nənəsini öldürdü, qardaşının evini yandırdı

Babasını və nənəsini öldürdü, qardaşının evini yandırdı İsmayıllı rayonunda babasını öldürən Vüsal Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
26 Dekabr , 2020 14:40
Babasını və nənəsini öldürdü, qardaşının evini yandırdı

İsmayıllı Rayon Prokurorluğu rayonun Bizlan kəndində törədilən qətl hadisəsinin istintaqının yekunlaşması barədə məlumat yayıb.

"Report" xəbər verir ki, bu ilin mayın 9-da Tapdıqov Zakir Şakir oğlu və arvadı Məmmədova Zərinə Babakamul qızının yaşadıqları evdə zorakılıq əlamətləri ilə meyitlərinin aşkar olunması faktı üzrə Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə İsmayıllı Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülmüş, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan istintaq zamanı zərərçəkmişlərin ögey nəvəsi Qədirov Vüsal Şirvan oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı qəsdən xüsusi amansızlıqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Z.Məmmədovanı və Z.Tapdıqovu öldürərək sonuncuya məxsus odlu silahı talamasına, sonra isə həmin silahla qardaşı Şamo Qədirovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Vüsal Qədirov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

09:32

İsmayıllı rayonunda babasını öldürən Vüsal Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Rəşid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il mayın 10-da Bizlan kəndində qeydə alınıb.

1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi, 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb və ağır işgəncə ilə qətlə yetirib. Daha sonra qardaşının evinə gedərək onu öldürmək istəsə də, onun qaçdığını görərək evini yandırıb.

İsmayıllı Rayon Polis Şöbəsinin və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törədən şəxs Bakıda tutularaq istintaqa təhvil verilib. Hadisənin mülk üstündə baş verdiyi bildirilir.
V.Qədirova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi